Avtomobil çay evinin müştərilərini vurdu - Ölən və yaralılar var

HADİSƏ
22:36
10 Mart 2020
56

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti