Avtomobil polisi vurub öldürdü

XƏBƏR
13:58
6 İyul 2021
725

Şabran rayonunda yolun kənarında dayanan polis əməkdaşı maşın vurması nəticəsində ölüb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, hadisə iyulun 6-da saat 01:30-da Şabran şəhərinin ərazisində baş verib.

Şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti