Aeroport yolunda piyadanı avtomobil vurdu

HADİSƏ
21:50
10 Mart 2020
61

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şossenin Ramana qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Səfərov Coşqun Allahverdi oğlunu “Daewoo” markalı minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəbər lenti