Şuşada döyüş sursatları aşkar edildi

ÖLKƏ
11:03
5 İyul 2021
1058

Şuşa şəhərində döyüş sursatları aşkar edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti