Arvadını öldürüb intihar edən şəxslə bağlı açıqlama

HADİSƏ
10:31
5 İyul 2021
662

İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakini Elnur Cavadovun arvadı Ülviyyə Cavadovanı güllələyib öldürdükdən sonra intihar etməsi faktı ilə bağlı rəsmi açıqlama verilib.

Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər lenti