Xəzər dənizindəki partlayışla bağlı SOCAR-dan - Açıqlama

GÜNDƏM
22:50
4 İyul 2021
947

“Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur”.

Sabah.az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:

“Hazırda işlər normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.

Xəbər lenti