3 min manatlıq dəniz məhsulları oğurlayan şəxs saxlanıldı

XƏBƏR
15:28
3 İyul 2021
700

Neftçala rayonu ərazisində yerləşən yardımçı təsərrüfatların birindən oğurluq edən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə  iyunun 28-də baş verib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törədərək zərərçəkmişə məxsus yardımçı təsərrüfatdan 2000 manat pul və 3000 manat dəyərində dəniz məhsulları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Hüseynbala Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər lenti