Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib

XƏBƏR
14:30
3 İyul 2021
809

Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 2-də saat 23 radələrində Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində Şərur rayon sakini M.Cəfərov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafiq Budaqovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 23 radələrində Xəzər rayonu Türkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İmran Mirzəyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti