Polisə xəsarət yetirən qadınla bağlı cinayət işi başlandı

HADİSƏ
12:49
3 İyul 2021
806

İyulun 01-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanılıb.

Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İ.Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

Xəbər lenti