Məşhur boksçu "Nyukasl"ı alır

İDMAN
20:58
10 Mart 2020
70

Əfsanəvi boksçu Floyd Meyvezer İngiltərədən futbol klubu almağa hazırlaşır.

Sabah.az xəbər verir ki, 43 yaşlı dünya çempionu Premyer Liqa təmsilçisi “Nyukasl”ın səhmlərini almaq istəyir. Bunu keçmiş boksçu Britanina mətbuatına açıqlamasında özü deyib:

“ABŞ-da bu idman növünə sokker deyirik. “Nyukasl” inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin”.

Meyvezer bundan əvvəl də “Nyukasl” azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.

Qeyd edək ki, amerikalı idmançı karyerasını 2017-ci ildə başa vurub. O, peşəkar boksda 50 döyüş keçirib və 27-si nokaut olmaqla hamısında qalib gəlib.

Xəbər lenti