“Zirə” braziliyalı hücumçu ilə müqavilə bağladı

İDMAN
15:19
2 İyul 2021
553

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Paytaxt təmsilçisi Velvis Damakena ilə 1 + 3 illik müqavilə imzalayıb. Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb.

20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu “Lvov”dan başqa Slovakiyanın “Lokomotiva”  klubunda da çıxış edib.

Xəbər lenti