“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin”

İQTİSADİYYAT
12:11
2 İyul 2021
981

Deputat Razi Nurullayev Tarif Şurasının ləğv edilməsini təklif edib.

Sabah.az xəbər verir ki, R.Nurullayev parlamentdə bildirib ki, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri parlamentə verilməlidir:

“10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. Çünki Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil”.

Xəbər lenti