Bu obyektlər cərimələndi - Siyahı

XƏBƏR
17:30
1 İyul 2021
462

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirib.

Sabah.az xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus “Sahne” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus “Prive Steak House” restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus “Kabab house” kafesi;

4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus “Neptun” restoranı.

Xəbər lenti