Rəşad Məcid AYB-nin sədr müavini oldu

ÖLKƏ
15:20
1 İyul 2021
698

Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.

Sabah.az xəbər verir ki, bu haqda Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

O bildirib ki, Rəşad Məcid AYB-nin sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.

Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.

R.Məcid eyni zamanda, AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.

Səlim Babullaoğlu

Elçin Hüseynbəyli

Xəbər lenti