Yolu keçən piyadanı avtomobil vurub öldürdü

XƏBƏR
13:13
1 İyul 2021
405

İyunun 30-da saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İmişli rayon sakini Ə.İbişov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti