“Sabah” Şeydayevlə yolları ayırdı
“Sabah” klubla müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.
Sabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.
Klub Ramil Şeydayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Daha çox