Kəlbəcərə keçmək istəyənlər saxlanıldı

XƏBƏR
09:23
1 İyul 2021
423

İyunun 29-da işğaldan azad edilmiş Kəlbəcər ərazisinə qanunsuz daxil olmaq istəyən altı nəfər saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər lenti