Mübariz Mənsimovun 5 illik həbs cəzası qüvvədə qaldı

XƏBƏR
18:01
30 İyun 2021
506

İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi yerli məhkəmə tərəfindən azərbaycanlı iş adamı Mübariz Mənsimova “FETÖ-yə bilərək və istəyərək yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qüvvədə saxlayıb.

Sabah.az “Hürriyət”ə istinadən xəbər verir ki, vəkillərin vəsatətini rədd edən məhkəmə 5 illik həbs qərarını qanunauyğun hesab edib.

Bundan əlavə, xəbər verdiyimiz kimi, iş adamı İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M.Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.