Kliniki Tibbi Mərkəzdə əlavələrin ödənilmə tarixi açıqlandı

XƏBƏR
16:17
30 İyun 2021
405

“Kliniki Tibbi Mərkəzdə əlavələrin verilməsi sabah, ən uzağı birisi gün olacaq”.

Sabah.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov İcbari Tibbi Sığorta Agentliyinin feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, aprelin 1-dən etibarən əlavələr hesablanacaq və bütün tibbi və qeyri-tibbi sektoru əhatə edəcək.

K.Ələkbərov, həmçinin bildirib ki, hazırda tibb işçilərinin əmək haqqı qaydalarının dəyişməsi üzərində işçi qrupu çalışır və səhiyyəni əhatə edəcək qaydalar hazırlanır. Bu qaydalar təsdiq olunduqdan sonra vətəndaşlara geniş məlumat veriləcək.

Xəbər lenti