2 yaşlı qız evdə yanaraq öldü
Bu gün səhər saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olub.
Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daha çox