Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu - Fotolar

XƏBƏR
11:06
30 İyun 2021
469

Ağdaşda narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edək ki, Ə.Rəhimov azaldığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti