Ayselin intihar cəhdi ilə bağlı iki nəfər prokurorluğa çağırıldı
Aysel Ələkbərzadənin intihara cəhd etməsi ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar.
Sabah.az xəbər verir ki, bu barədə N.Libre özünün “Facebook” səhifəsindən məlumat yayıb.
O bildirib ki, Ə. Əlizadə ilə birgə Yasamal rayon Prokurorluğuna çağırılıblar.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb. A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, feminist fəal Aysel Ələkbərzadə intihardan əvvəl “Facebook” hesabında yazıb ki, onu bu addımı atmağa Nurlan Libre, Əsli Əlizadə və Qurban Məmmədli vadar edib.
Daha çox