Bu şənbə ictimai nəqliyyat işləyəcək

ÖLKƏ
09:19
30 İyun 2021
684

İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək.

Sabah.az xəbər verir ki, buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının 1/4 final oyunlarından birinin (Danimarka - Çexiya) keçirilməsidir.

Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 3-də ictimai nəqliyyat və metro fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyul ayında həftəsonları avtobuslar və metro işləməyəcək.

Xəbər lenti