Prezidentlə xanımı yeni hotel açılışında - Fotolar

ÖLKƏ
14:09
29 İyun 2021
1213

Bakıda “Courtyard by Marriott Baku” hotelinin açılışı olub.

Sabah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və birinci xanım hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, “Courtyard by Marriott Baku” hotelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir hotel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, hotel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu hotel kompleksi Avropada və dünyada xüsusi imicə malik hotellər şəbəkəsi tərəfindən inşa edilib. 

Xəbər lenti