Məhkəmə hakimləri barəsində intizam icraatları başlanıldı

XƏBƏR
18:04
10 Mart 2020
63

Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Xəbər lenti