Türkiyədən Naxçıvana təbii qazın tədarükü ilə bağlı - Açıqlama

İQTİSADİYYAT
15:36
28 İyun 2021
703

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Anlaşma Memorandumu imzalamışdıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqləməsini gözləyirik. Həmin təsdiqlər verilən kimi xəttin inşasına başlayacağıq”.

Sabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi layihəsi ilə bağlı suala cavabında deyib.

“Hazırlıqlarımız, marşrut, araşdırma, proqnozlaşdırma işləri artıq başa çatıb. Ortaq bir layihə həyata keçirilir. Müqavilədə göstərilən bəzi fərqli texniki məlumatlar bizimlə paylaşılmalıdır. SOCAR bu məlumatları bölüşən kimi işə başlayacağıq”, - deyə türkiyəli nazir bildirib.

Xəbər lenti