Sabahdan bu avtobuslar da kartla işləyəcək

XƏBƏR
14:04
28 İyun 2021
853

Sabahdan etibarən 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. - Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə bu marşrutların hərəkət sxemi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

Xəbər lenti