Naxçıvanda toylarda yemək verilməyəcək? - Rəsmi açıqlama
13:15
28 İyun 2021
1776Son günlərdə internet resuslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə məlumatlar yayılıb.
Sabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, yayılan informasiyalar həqiqəti əks etdirmir.
Bildirilib ki, ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək.
Daha çox