MSK-dan Fərəc Quliyevə xəbərdarlıq

ÖLKƏ
17:32
5 Fevral 2020
69

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icasında 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı şikayətinə baxılıb.

Sabah.az-ın məlumatına görə, şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quiyev isə bu iddianın əsassız oduğunu bildirib.

MSK-nın məsələ ilə bağlı qərarında şikayət qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.

Xəbər lenti