49 yaşlı kişini bıçaqladı

XƏBƏR
09:32
28 İyun 2021
272

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti