Sürücülərin nəzərinə

XƏBƏR
13:12
26 İyun 2021
647

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Sabah.az xəbər verir ki, İdarədən verilən məlumata görə, bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb.

Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti