İtkin düşən daha iki hərbçimizin nəşi tapıldı

ÖLKƏ
13:01
26 İyun 2021
1526

İtkin düşmüş daha iki hərbi qulluqçumuzun nəşi tapılıb.

Sabah.az xəbər verir ki, Hərbi Prokurorluqdan verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xəbər lenti