Həyətində əkdiyi narkotikə qulluq edərkən tutuldu - Foto

XƏBƏR
10:28
26 İyun 2021
658

İsmayıllıda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb.

Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Xəbər lenti