Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar

ÖLKƏ
09:21
26 İyun 2021
1062

İşğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi qoyulub.

Sabah.az xəbər verir ki, heykəlin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Fotodan göründüyü kimi, onun aşağısında dronlar və əsgərlər təsvir edilib. Abidə şəhidlərin xatirə kompleksinin qarşısında, Azərbaycan və Türkiyə bayraqlarının əhatəsində qoyulub.

Qeyd edək ki, müharibə dövründə düşmənə qarşı “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyev tərəfindən səsləndirilib.

Xəbər lenti