Azad edilmiş əraziyə keçmək istəyənlər saxlanıldı

XƏBƏR
13:47
25 İyun 2021
532

İyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.