Deputat Türkiyəyə bilet qiymətləri ilə bağlı AZAL-a müraciət etdi

İQTİSADİYYAT
11:36
25 İyun 2021
691

“Bizə çoxsaylı Türkiyə vətəndaşları Azərbaycana gəlmək istədikləri barədə müraciət edirlər. Ancaq bildirirlər ki, Azərbaycana gəliş qiymətləri digər ölkələrə getməkdən çox bahadır”.

Sabah.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentdə deyib.

O qeyd edib ki, həmçinin ölkəmizdən də Türkiyəyə gedən çox sayda vətəndaş var:

“Tələbələr, xəstəliklə bağlı Türkiyəyə gedənlər var. Mən buradan AZAL-a müraciət edirəm. Qiymətlərə yenidən baxılsın, onun əlçatan olması məsələsinə nəzər salınsın”.

Xəbər lenti