Maştağada maşın velosipedçini vurub öldürdü

HADİSƏ
14:15
10 Mart 2020
68

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, qəza martın 9-da saat 23 radələrində qeydə alınıb.

Qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti