Bakıda direktor vəzifəsinə çıxarılan vakant yerlərin sayı açıqlandı

XƏBƏR
10:14
24 İyun 2021
452

“2020-2021-ci tədris ilində 20 məktəb direktorunun müqaviləsinə xitam verilib, 118-nin müqaviləsi uzadılıb.

Sabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb:

“Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Buna əsasən də güman edirik ki, vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

Xəbər lenti