18 yaşlı oğlan göldə boğulub öldü

HADİSƏ
17:59
23 İyun 2021
569

Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə bir nəfər batıb.

Sabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun axtarışları üçün hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti