Milli Məclisin Aparat rəhbərliyi təltif olunub

XƏBƏR
15:07
23 İyun 2021
594

Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.

Sabah.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Xəbər lenti