Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar olacaq

XƏBƏR
09:34
23 İyun 2021
901

Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 3-dən başlayaraq Vladiqafqazdan Bakıya uçuş proqramına başlayacaq.

Sabah.az Rusiya mediasına istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

Vladiqafqazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.

Uçuşlar aviaşirkət tərəfindən oktyabrın sonunadək planlaşdırılıb.

Xəbər lenti