Çimərlikdə “Niva” sürənlər saxlanıldı - Video

ÖLKƏ
12:26
22 İyun 2021
1255

Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar.

Sabah.az xəbər verir ki, bir neçə gün əvvəl idarə etdikləri "Niva" markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər saxlanılıblar.

Həmin maşınların sürücüləri, Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-maddəsi ilə inzibati protokollar tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Xəbər lenti