“Azure”da mühasib məktub yazıb intihar etdi - Foto+Yenilənib

HADİSƏ
11:48
22 İyun 2021
1314

Bakıda “Azure” biznes mərkəzində intihar hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın 15-ci mərtəbəsində yerləşən suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin Məmmədov özünü yerə atıb.

O, hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.

Araşdırma aparılır.

***

Sabah.az “Report”a istinadən xəbər verir ki, E.Məmmədov intihar etmədən öncə məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

Xəbər lenti