Temperatur 44 dərəcəyə çatacaq - Xəbərdarlıq

ÖLKƏ
16:57
21 İyun 2021
876

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Sabah.az xəbər verir ki, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də  Bakı şəhərinin bəzi ərazilərində 40-42, Respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Xəbər lenti