Bu il Bakıda 19 məktəb direktoru işdən çıxarılıb

XƏBƏR
13:10
21 İyun 2021
969

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

Sabah.az xəbər verir ki, idarədən verilən məlumata görə, 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.

118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Xəbər lenti