“Mercedes”lə 4 yaşlı uşağı vurub öldürdü

XƏBƏR
11:59
21 İyun 2021
1086

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da saat 18 radələrində Cəlilabad rayonunun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxan kənd sakini, 4 yaşlı uşağı vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti