Parlamentə qadın spiker rəhbərlik edəcək
Xəbər verdiyimiz kimi, bu gün VI çağırış Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk iclasda spiker və onun köməkçiləri, o cümlədən komitə sədrləri seçiləcək.
İlkin məlumata görə, Milli Məclisə spikerlik edəcək şəxsin kimliyi artıq məlumdur.
Belə ki, VI çağırış parlamentə xanım namizədin rəhbərlik edəcəyi gözlənilir. Həmin namizəd isə Sahibə Qafarovadır. Bundan əlavə, Milli Məclisin birinci vitse-spikerinin Əli Hüseynli, vitse-spikerlərdən birinin Adil Əliyev olacağı bildirilir.
Qeyd edək ki, parlamentin spikerini çoxluq təşkil edən partiya seçir. Bu səbəbdən də sədrin və birinci vitse-spikerin namizədliyini YAP irəli sürüb.
Daha çox