İtaliya tamamilə karantinə alındı

XƏBƏR
09:15
10 Mart 2020
83

İtaliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 97 nəfər artaraq, 463-ə çatıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Guiseppe Conte ölkədə fövqəladə vəziyyət elan edib:

"Koronavirusa yoluxan insan sayı ciddi şəkildə artdığı üçün strategiyamızı dəyişməliyik. Artıq karantin bölgəsi yoxdur. Yalnız bir İtaliya var və biz onu qorumalıyıq. Bütün ölkəni qırmızı bölgə elan edirik".

Baş nazirin sözlərinə görə, hazırda İtaliyada virusa yoluxanların sayı 9 172 nəfər təşkil edir. Ölkədə koronavirusdan ölənlərin sayı son sutkada 97 nəfər artaraq 463-ə çatıb, 724 nəfər isə sağalıb.

Bu səbəbdən virusa qarşı görülən tədbirlərin bütün ölkəni əhatə etdiyini və məcbur olmadıqları müddətcə vətəndaşların bayıra çıxmasının məhdudlaşdırıldığını bildirib.

Qeyd edək ki, ölkədəki bütün təhsil müəssisələri 3 aprelə qədər bağlı elan edilib. İtaliya A Seriyasının oyunları da daxil olmaqla bütün idman müsabiqələri ərtələnib. Ölkədə yalnız tibb işçilərinin, hərbiçilərin və vəzifəli şəsxlərin sərbəst hərəkətinə icazə verilib.

Xəbər lenti