"Müəllimlər, həkimlər görüşə niyə gəlməməlidir?"
"Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır".
Sabah.az "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
“Yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, məsələ araşdırılmalıdır. Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”, - o qeyd edib.
Daha çox