Şuşada 20 raket, 7 mindən çox patron tapıldı

XƏBƏR
12:40
19 İyun 2021
779

Şuşada silah-sursat aşkar edilib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə tədbir keçirilib.

Bu zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbaraatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti